Tibbi maskaların bahalaşmasının səbəbi açıqlandı

2020-02-24 16:06:03 / 2772 dəfə oxunub
Son günlər Azərbaycanda tibbi maskaların qiymətinin bahalaşması ilə bağlı məlumatlara rəsmi şəkildə aydınlıq gətirilib.

İqtisadiyyat Nazirliyinin Mətbuat xidmətindənAzvision.az-ın sorğusuna cavab olaraq bildirilib ki, istehlak bazarında baş verən qiymət dəyişiklikləri ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən müvafiq araşdırmalar aparılır və qiymətlərdə süni artım müəyyən edildiyi halda qanunvericiliyə uyğun tədbirlər görüləcək.

"Son zamanlar dünyada tibbi maskalara tələbat artıb. Azərbaycana tibbi maskalar xarici ölkələrdən idxal olunur. Bu ölkələrdə qiymət artımı Azərbaycanda da tibbi maskaların pərakəndə satış qiymətinə təsir edib”, - deyə nazirlik bəyan edib.

Qeyd edək ki, qonşuİranda koronavirusun aşkarlanması ilə əlaqədar Azərbaycanda tibbi maskalara təlabat artıb. Bəzi apteklərdə əvvəl bir ədədi 10 qəpiyə satılan maskalar hazırda müştərilərə 30-40 qəpiyə təklif edilir. Bir çox yerlərdə isə maskaların bitdiyi, anbarlarda qalmadığı deyilir.
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!