Azərbaycanda dəhşət: Kişi avtomatla arvadını, qaynını və qayınanasını güllələyib, özünü vurdu

2020-02-26 16:10:12 / 705 dəfə oxunub

Masallı rayonunda dəhşətli qətl hadisəsi baş verib.

Baku.ws-in məlumatına görə, Masallı rayon Təzəkənd sakini ailə münaqişəsi zəminində avtomatla həyat yoldaşını, qaynını və qayınanasını güllələyib.

Daha sonra əlindəki silahla özünə atəş açıb.

Hadisə zamanı hadisəni törədən şəxsin həyat yoldaşı və qaynı yerindəcə keçinib.

Qayınanasının vəziyyəti isə ağırdır.

Hadisəyə həyat yoldaşının ondan boşanmaq istəməsi səbəb olub. Məlumata görə, qadının yaxınları evdən mebellərini aparmağa gəliblərmiş.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!