Koronavirus şübhəsi ilə Cəlilabadda xəstəxanaya yerləşdirilənlərin sayı açıqlandı - RƏSM

2020-02-26 15:03:31 / 911 dəfə oxunub

Bu gün Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına həkim müayinəsi üçün 29 nəfər daxil olub.

Bu barədə Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıb.

Həmin şəxslərin səhhətində hər hansı problem aşkarlanmayıb. Onların İrandakı xəstəlik alovlanan ərazidə olub-olmadıqları araşdırılır.

Qeyd olunub ki, dünən Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına həkim müşahidəsi üçün 23 nəfər yerləşdirilib. Hazırda ümumilikdə52 nəfərdən ikisinin hərarəti normadan bir qədər yüksəkdir. Həkim müşahidələri davam edir.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!