BŞİH mitinqlə bağlı müraciətə cavab verdi

2020-02-26 16:42:33 / 2313 dəfə oxunub

Bakı Şəhər İcra Hakimiyyəti "Müsavat” və REAL partiyaları, D18 hərəkatı və müstəqil namizədlərin mitinqlə bağlı müraciətinə cavab verib.

Fevralın 29-da Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsindəki "Neftçi”İdman Klubu İctimai Birliyinin Qaradağ təlim-idman bazasında mitinq keçirmək təklif edilib.

Qeyd edək ki, fevralın 24-də REAL Partiyasının sədri İlqar Məmmədov, D18 hərəkatının rəhbəri Ruslan İzzətli, "Müsavat” Partiyasının başqan müavini Fərəc Kərimov və müstəqil namizəd Fərhad Mehdiyev fevralın 29-da Mərkəzi Seçki Komissiyasının qarşısında mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinəmüraciət etmişdilər.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!