İstefaya buraxılan generallar bu yüksək vəzifədə idilər

2020-02-27 16:03:07 / 750 dəfə oxunub

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə istefaya buraxılan hərbçilər Dövlət Sərhəd Xidmətinin (DSX) generallarıdır.

Oxu.Az-ın xəbərinə görə, istefaya buraxılanlardan general-leytenant Asif Cəbrayılov DSX rəisinin müavinidir.

General-leytenant Əsgər Xəlilov isə Sərhəd Qoşunlarının komandanıdır. Eyni zamanda o, DSX rəisinin müavini vəzifəsini tuturdu.

İstefaya buraxılan Fərhad Tağı-zadə də DSX rəisinin müavinidir.

Xatırladaq ki, Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin bir sıra ali zabitlərinin həqiqi hərbi xidmətdən istefaya buraxılması haqqında sərəncam imzalayıb.

Sərəncamda bildirilir ki, Asif Cəbrayılov, Əsgər Xəlilov və Fərhad Tağı-zadə hərbi geyim formasını daşımaq hüququ verilməklə, Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətdən istefaya buraxılsınlar.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!