Prezident Kəmaləddin Heydərovu bu komissiyanın tərkibinə daxil etdi

2020-02-27 14:57:09 / 808 dəfə oxunub

"Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya haqqında Əsasnamənin təsdiq edilməsi və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın tərkibi barədə” fərmana dəyişiklik edilib.

Oxu.Az-ın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Fərmanla Azərbaycan Prezidentinin 1999-cu il 9 dekabr tarixli 224 nömrəli fərmanı dəyişdirilib.

İlham Əliyevin fərmanına əsasən, sənədin 2-ci hissəsinə "Azərbaycan Respublikasının müdafiə sənayesi naziri” abzasından sonra "Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri” abzası əlavə edilib.

Qeyd edək ki, bu fərman Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın tərkibi ilə əlaqədardır.

Prezident İlham Əliyevin fərmanı ilə Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov da komissiyanın tərkibinə daxil edilib.

Komissiyanın tərkibi iləburadantanış ola bilərsiniz.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!