Neftçalanın xüsusi əməliyyatla tutulan icra başçısının birinci müavini işdən çıxarıldı

2020-03-03 17:27:27 / 2036 dəfə oxunub

Neftçala İcra Hakimiyyəti başçısının birinci müavini Vurğun Əkbərovvəzifəsindən azad edilib.

Oxu.Az-ın məlumatına görə, birinci müavin V.Əkbərovun adı Neftçala İcra Hakimiyyətinin saytında aparatın strukturbölməsindən çıxarılıb.

Qeyd edək ki, fevralın 20-də Dövlət Təhlükəsizliyi Xidməti Neftçala Rayon İcra Hakimiyyətində əməliyyat keçirib.

Neftçalanın İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev, onun birinci müavini Vurğun Əkbərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, şöbə müdiri Anar Cəfərov, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov həbs edilib.

Eyni zamanda, DTXtərəfindən Neftçala İcra Hakimiyyətində keçirilən əməliyyat çərçivəsində otağına baxış keçirilən icra başçısının müavini, deputatlığa namizəd Gültəkin Sadıqova vəzifəsindənazad edilmişdi.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!