Azərbaycanda təhsil müəssisəsində koronavirusa yoluxma faktı aşkarlanıb? - RƏSMİ

2020-03-03 17:25:40 / 931 dəfə oxunub

İndiyədək Azərbaycanda heç bir təhsil müəssisəsində koronavirusa yoluxma faktı aşkarlanmayıb.

Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında koronavirusla əlqədar yaradılan operativ qərargahın üzvü, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin şöbə müdiri Yaqut Qarayeva deyib.

Y.Qarayeva məktəblərdə tədris prosesinin dayandırılmasını vaxtında verilmiş qərar hesab edib:

"Məktəblərdə dərslərin dayandırılması o demək deyil ki, biz ölkədə koronavirusla bağlı riskləri yüksək qiymətləndiririk. Biz bu hadisələrin qarşısını əvvəlcədən almalıyıq. Hazırkı şəraitdə məktəblərdə dərslərin dayandırılması çox düzgün seçilmiş tədbirdir”.

Y.Qarayeva qeyd edib ki, indiyədək dünyada koronavirusa yoluxan 10 yaşadək uşaqlar arasında ölüm halı baş verməyib.

Onun sözlərinə görə, uşaqlar arasında yoluxma halı olsa da, ağır fəsadlar müşahidə edilmir.

Y.Qarayeva hazırda Azərbaycanda koronavirusa yoluxmuş üç nəfərin olduğunu da xatırladıb:

"Onlar hazırda həkim müşahidəsi altındadırlar və heç birində ağırlaşma qeydə alınmayıb. Həmin şəxslərin vəziyyəti stabildir”.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!