Ərdoğan Putinlə görüşündən danışdı: “Dərhal müdaxilə edəcəyik”

2020-03-06 15:22:33 / 834 dəfə oxunub

"Hazırda işləri elə yoluna qoymuşuq ki, hər an cənab prezidentlə əlaqə saxlayacağam. Xarici İşlər nazirimiz, Milli Müdafiə nazirimiz və Milli Kəşfiyyatın rəhbəri öz həmkarları ilə tez-tez görüşəcək”.

"Hürriyet” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya səfərindən geri dönərkən təyyarədə jurnalistlərə verdiyi açıqlamada deyib.

"Bir yerdə çat olan kimi dərhal müdaxilə edəcəyik. Təbii ki, aramızda hər şey yazı ilə olmur, sözlə olanlar da var. Burada qərarlılığımızı təsdiqlədik”, - deyə Ərdoğan bildirib.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!