Eldar Sultanov: “Aysel Ələkbərzadə feminist hərəkatının qurbanıdır”

2020-03-10 19:54:42 / 598 dəfə oxunub

"İstintaq əsas fərziyyə kimi Aysel Ələkbərzadənin feminist hərəkatının ayrı-ayrı üzvləri tərəfindən qanunsuz aksiyanın qurbanına çevrilməsi istiqamətində aparılır”.

Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanov "Report”a açıqlamasında bildirib ki, cinayət işi üzrə feministlərin fəalları Aslan Həmidli, Nurlan Cəfərov (Nurlan Libre təxəllüslü), Yusif İsayev dindiriliblər.

Aysel Ələkbərzadənin aksiya zamanı istifadə etdiyi provokasiya xarakterli şüarın kimlərin təşəbbüsü ilə hazırlanması, ona təqdim olunması və aksiyada nümayiş etdirilməsi xüsusatları araşdırılır və qanunazidd hərəkətlərə yol vermiş şəxslər barəsində ciddi tədbirlər görüləcək.

Aksiyanın təşkilatçıları, fəalları, eləcə də Rəbiyyə Məmmədova, Nərmin Şahmarzadə, Xədicə İsmayıl və digər şəxslərin dindirilməsi təmin olunacaq.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!