Parlamentin növbəti iclasının vaxtı açıqlandı

2020-03-10 17:38:32 / 672 dəfə oxunub

Yeni çağırış Milli Məclisin ikinci iclasının vaxtı açıqlanıb.

Oxu.Az-ın məlumatına görə, bu barədə AzTV-yə müsahibəsində Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev deyib.

O bildirib ki, yeni çağırış parlamentin ikinci iclasının bu cümə günü,martın 13-də keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, bu gün altıncı çağırış parlamentin ilk iclası keçirilib. İclasda Sahibə Qafarova Milli Məclisin sədri seçilib.

Əli Hüseynli parlament sədrinin birinci müavini, Fəzail İbrahimli və Adil Əliyev isə vitse-spiker seçiliblər.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!