1000 ədəd tibbi maskanı satmaq istəyərkən tutuldu

2020-03-12 14:51:04 / 1430 dəfə oxunub

Bakıda qanunsuz tibbi maska satan şəxs saxlanılıb. Hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb. "Sədərək” ticarət mərkəzindən aldığı tibbi maskaları satmağa çalışan 30 yaşlı şəxs Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində saxlanılıb.

Məlum olub ki, o, Bakı sakini, 1990-cı il təvəllüdlü Z.Yarməmmədovdur. Polis əməkdaşları tərəfindən onun idarə etdiyi "VAZ-2106” markalı avtomobilə baxış keçirilib. Nəticədə, avtomobildən 1000 (min) ədəd tibbi maska aşkar edilərək götürülüb.

Faktla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.

ELNARƏ HƏZİYEVA

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!