Ülvi Quliyev: “Qarabağda qələbəmizin tezləşdirilməsi hər birimizdən asılıdır” - VİDEO

2020-03-12 15:31:42 / 2379 dəfə oxunub

"Münhen təhlükəsizliyi konfransı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti ilə Ermənistan Baş naziri arasında keçirilən ilk ictimai debatda cənab İlham Əliyev bütün dünyaya, mötəbər beynəlxalq təşkilatlara bir daha əyani şəkildə sübut etdi ki, Ermənistan təcavüzkar və işğalçı dövlətdir”.

Bu barədə deputat Ülvi Quliyevin "Facebook” hesabında paylaşdığı postda deyilir.

"Münaqişədə xalqımızın, Azərbaycan vətəndaşının insan haqları və hüququ pozulub. Bu münaqişədə haqq da, ədalətdə Azərbaycanın yanındadır. Ona görə də, ərazi bütövlüyümüzün bərpası, yüz minlərlə məcburi köçkünümüzün tarixi torpaqlarımıza qayıtması qaçılmazdır.

Bu savaşda son və həlledici qələbə bizimdir. O günün tezləşdirilməsi hər birimizdən asılıdır. Allah yardımçımız olsun”.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!