"Koronovirusla mübarizə ilə bağlı xüsusi qanun layihəsi təcili hazırlanmalıdır" - DEPUTAT

2020-03-15 10:29:32 / 2851 dəfə oxunub

Bu təkliflə Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Nəsib Məhəməliyev çıxış edib.

Deputat qeyd edib ki, martın 10-da keçirilən 6-cı çağrış Milli Məclisin ilk iclasında cənab prezident xüsusi proqram xarakterli tarixi çıxış etdi. Düşünürəm ki, o çıxış ölkənin yol xəritəsini müəyyənləşdirərək deputatların və məmurların üzərinə böyük məsuliyyət qoydu. Bu məsuliyyətin öhdəsindən gəlmək üçün də qanunverici hakimiyyətlə icra hakimiyyəti orqanları sıx işləməsi vacibdir.

Daha sonra isə deputat bir çox ölkələr kimi Azərbaycanda da yayılan koronavirusla mübarizə ilə bağlı xüsusi qanunun layihəsinin təcili hazırlanmasını təklif etdi: "Biz bu qanunla həm də koronavirusla bağlı əhalinin təşvişini də azalda bilərik. Bundan əlavə koronovirusla bağlı təhlükə azalana qədər orta və ali məktəblərdə distan təhsil sisteminə keçmək lazımdır"

Son xəbərlər
Məktəblər bağlanacaq
2020-09-22 12:22:12
Atəşkəs pozuldu
2020-09-22 10:47:19
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!