DİM 11 min manatlıq gül almasına aydınlıq gətirdi - RƏSMİ

2020-03-16 17:22:55 / 2107 dəfə oxunub

Dövlət İmtahan Mərkəzi (DİM) 11 min manatlıq gül alışı müqaviləsi ilə bağlı yayılan məsələyə münasibət bildirib.

DİM-dənOxu.Az-ın sorğusuna verilən cavabagörə, bu tip müqavilələr rəsmidir və hər il imzalanır:

"Əliyev Ceyhun Əbdülağa oğlu da "Ağ Çiçəyim” gül dükanları adından tərəf kimi iştirak edib. Gül buketləri bütün il ərzində həyata keçirilən müxtəlif dövlət tədbirləri, konfranslar, bayramlarda və digər tədbirlərdə istifadə olunmaq üçün nəzərdə tutulur”.

Qeyd edək ki, bu gün DİM-in fiziki şəxs Əliyev Ceyhun Əbdülağa oğlu ilə 11 min 227,7 manatlıq müqavilə bağlanması barədə məlumat yayılıb.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!