Rafael Dadaşov İkinci Fəxri xiyabanda dəfn olunacaq

2020-03-16 17:09:20 / 674 dəfə oxunub

Xalq artisti Rafael Dadaşov sabah dəfn olunacaq.

Bu barədəOxu.Az-a Mədəniyyət Nazirliyindən açıqlama verilib.

"Xalq artistinin cənazəsi sabah saat 14:00-da evindən götürüləcək. O, II Fəxri xiyabanda dəfn ediləcək”.

Qeyd edək ki, R.Dadaşov bu gün günorta saatlarında vəfat edib.

Xatırladaq ki, martın 14-də,00:00-dan etibarən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən dəfn mərasimləri istisna olmaqla, mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin keçirilməsi qadağan olunub.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!