Ümumdünya Səhiyyə Təşkilatı koronavirusla bağlı son rəqəmləri açıqladı

2020-03-16 15:16:37 / 3009 dəfə oxunub

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusla bağlı 15 mart tarixinə olan məlumatı təqdim edib.

Məlumatda deyilir ki, son 24 saat ərzində Afrikada yeddi, Avropada bir, Amerika regionunda bir yeni ölkədə koronavirus xəstəliyinə (COVlD-19) ilk yoluxma halları qeydə alınıb.

Bildirilir ki, dünyada 153 517 yoluxma halı var ki, onun 10 982-si yenidir.

COVID-19-dan 5735 ölüm halıgerçəkləşib ki, onun 343-ü yeni qeydə alınıb.

Çində81 048 yoluxma halı qeydə alınıb ki, bunun 27-si yenidir. Çində 3204 ölüm halı olub ki, bunun 10-u yeni qeydə alınıb.

Çinin xaricində72 469 yoluxma halı olub ki, bunun 10 955-i dünən olub.

2531 ölüm halının 333-ü yenidir.

Ümumilikdə, koronavirus 143 ölkə və əraziyə yayılıb ki, onun doqquzu yenidir.

ÜST risk qiymətləndirməsi:

Çində: Çox yüksək

Regional səviyyədə: Çox yüksək

Qlobal səviyyədə: Çox yüksək

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!