Azərbaycanda epidemiya əleyhinə rejimi pozanlar cərimələnəcəklər

2020-03-16 14:50:48 / 830 dəfə oxunub

Azərbaycanda epidemiya əleyhinə rejimi pozanlar cərimə ediləcəklər.

Oxu.Az-ın məlumatına görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif olunur.

Dəyişiklik layihəsinə əsasən, epidemiya əleyhinə sanitariya, gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər 100 manatdan 200 manatdək məbləğdə, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə cərimə ediləcəklər.

Yaxud işlərin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə həbs tətbiq olunması nəzərdə tutulur.

Layihədə bildirilir ki, rejimi pozan hüquqi şəxslər ikimin manatdan beşmin manata qədərcərimə ediləcəklər.

Layihənin Milli Məclisin martın 17-də keçiriləcək iclasında müzakirəyə çıxarılması gözlənilir.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!