Cavid Osmanov: “Milli Şura xarici havadarlarını da məyus edir” - MÜSAHİBƏ

2020-04-19 16:47:10 / 4135 dəfə oxunub
Millət vəkili Cavid Osmanovun SABAHİNFO.AZ saytına müsahibəsi

-Cavid müəllim ölkədə karantin rejimi növbəti dəfə uzadıldı. Bu qərarı necə şərh edərdiniz?

-Bu gün Koronavirus pandemiyasına qarşı dünya dövlətləri amansız mübarizə aparırlar. Hətta iqtisadi sahədə, o cümlədən səhiyyələri yüksək inkişaf edən dövlətlər bu virus qarşısında aciz vəziyyətə düşüblər. Aparılan araşdırmalar da onu göstərir ki, istər ABŞ, istərsə də Avropanın inkişaf etmiş ölkələri ölüm sayının qarşısını almaqda çətinlik çəkirlər. Bütün bunların fonunda bir sıra ölkələr COVID-19 virusundan çox az təsirlərə məruz qalıb. Bu ölkələr arasında ən sabit ölkə Azərbaycandır. Azərbaycanda pandemiyanın az təsirlə müşayət olunması bir başa ölkə başçısı cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasətin nəticəsidir. Ölkə başçısının vaxtında atdığı davamlı, təsirli və ardıcıl addımlar nəticəsində Azərbaycan az təsirli ölkələr sırasına düşmüşdür. Bunu Ümumdünya Səhiyyə Təşkilatınının rəsmiləri də bəyan edirlər və Azərbaycanda həyata keçirilən işləri yüksək qiymətləndirirlər. Hələ ilin əvvəlində vəziyyətin getdikcə gərginləşdiyi bir vaxtda cənab İlham Əliyevin tapşırığı əsasında Nazirlər Kabinetinin yanında Operativ Qərargahın yaradılması və dərhal bütün növ təhsil müəssisələrinin fəaliyyətinin dayandırılması, karantin rejimlərinin yumşaq formadan sərt formaya keçirilməsi görülən işlərin daha effektli olmasını səciyyələndirib. Bunun fonunda karantin rejimi ən sərt forma aprel ayının 5-dən bugünə kimi davam edir bu müddət ötən gün may ayının 4-nə dək uzadıldı. Təbii ki, bu labüd idi. Son günlərin statistikasına nəzər salanda aydın olur ki, vurisdan sağalanlar yuluxma halını üstələyib. Bu çox müsbət haldır. Karantin rejiminin uzadılması bir başa ölkə vətəndaşlarına hesablanmış addımdır. Cənab prezidentin siyasətinin əsasını Azərbaycan vətəndaşı, vətndaşların sağlamlığı, sosial-rifah halının yüksəldilməsi təşkil edir. Bu baxımdan indiki şəraitdə karantin rejiminin uzadılması bu virusla mübarizədə daha yüksək nəticələr qazanmağımıza şərait yaradacaq. Mayın 4-dən sonra karantin rejimi nisbətən sərtləşmədən yumşalmaya doğru həyata keçirilməsi gözlənilir ki, bu zaman ərzində virusun təsir gücü də nisbətən azalmış olacaq.

-Azərbaycan COVID-19 virusu ilə bağlı mübarizədə fərqli mövqe nümayiş etdirdi və artıq ciddi nəticələr əldə olunub. Daha nə kimi addımların atılması labüddür.

-Azərbaycanda Koronavirusa qarşı həyata keçirilən işləri artıq bir sıra ölkələrdə tətbiq etməyə başlayıblar. Bunu dünyanın aparıcı ölkələrinin medialarında da görürük ki, istər qardaş Türkiyədə, istər Avropanın bir sıra ölkələrində Azərbaycan təcrübəsindən yararlanırlar. Azərbaycan vətəndaşı mən deyərdim ki, dünyada ən xoşbəxt vətəndaşdır. Çünki bizim İlham Əliyev kimi prezidentimiz var. Bildiyiniz kimi 2020-ci il Azərbaycanda "Könüllülər ili” elan olunub. Mən deyərdim ki, bu da uzaqgörənliyin bir nümunəsidir. Bu gün karantin dövründə Azərbaycanın elə bir regionu yoxdur ki, könüllülər iş başında olmasın. Ehtiyacı olan, aztəminatlı ailələrə yardımların paylanılması, onların sosial problemlərinin həllinə dəstəyi məhz könüllülər həyata keçirir. Bununla yanaşı Azərbaycanda həmrəylik var. Biz bunun şahidiyik. Vəzifəsindən, işindən asılı olmayaraq hamı sadə vətəndaşların yanındadır. İstər dövlət qurumları olsun. İstər Heydər Əliyev Fondu olsun. Məlumatınız var ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycanda ərzaqa ehtiyacı olan insanlara təmənnasız xidmət göstərilir. Eyni zamanda millət vəkilləri, icra hakimiyyətinin nümayəndələri yerlərdə bu işlərdə çox yaxından iştirak edirlər. Budur cənab prezidentimizin Azərbaycan xalqına verdiyi dəyər. Budur cənab İlham Əliyevin xalq, millət sevgisi. İnanın bu sevgini heç bir hiss əvəz edə bilməz. Sual edirsiniz biz daha nə kimi addımlar atmalıyıq. Atılması vaxub və labüd olan bütün addımlar atılıb. Biz sadəcə olaraq həmrəy olmalı, cənab prezident İlham Əliyevin ətrafında sıx birləşməliyik.

-Milli Məclisin Aparatında islahatlar aparılır. Bununla bağlı nə deyə bilərsiniz?

-Milli Məclis Aparatında islahatların aparılması vacib məsələ idi. Hələ 2018-ci ildə cənab Prezident İlham Əliyev növbəti dəfə prezident seçiləndə bunun anonsunu vermişdi ki, Azərbaycanda ciddi islahatlar həyata keçiriləcək. Biz bunun şahidi olduq. Prezident Administrasiyasında, Nazirlər Kabinetində, nazirliklərdə, yerli icra hakimiyyəti oqranlarında ciddi dəyişiklər oldu. Bir sıra qurumlar ləğv olundu, yeni qurumlar yaradıldı. Fevral ayının 9-da keçidilən parlament seçkiləri də ölkədə həyata keçirilən islahatların tərkib hissəsi idi. Tam demokratik keçən seçkilərin nəticələri də bir sıra beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilmişdir. Bu gün Milli Məclisin yeni rəhbərliyi formalaşıb. Bu baxımdan Aparatda da islahatlar aparmaq vacibdir.

-Cavid müəllim. Azərbaycanda belə həssas məqamda ciddi və vətəndaşları razı salacaq addımlar atılmasına baxmayaraq Milli Şura yenə öz havsındadır. Görülən işlərə qara yaxırlar. Bu yöndə nə deyə bilərsiniz?

-Milli Şura adı altında fəaliyyət göstərən, tarixin 27 illik zibilliyinə atılan bir qurum müxalifət adından çıxış edir və doğru qeyd edirsiniz ki, indiki həssas məqamda görülən işlərə kölgə salmaqla məşğuldur. Bunlar tarix boyu bu kimi çirkin əməlləri ilə artıq xalqın nifrətini qazaniblar. Onların sosial bazaları da get-gedə tükənir. Yeni metodlarlarla insanları özlərinə çəkmək istəyirlər ancaq bu metodları artıq xalq qəbul etmir. Onların isə missiyası var. Ermənipərəst və Azərbaycanı gözügötürməyən qüvvələr qarşısında götürdükləri öhdəlikləri yerinə yetirməyə çalışırlar. Onlar öz xarici havadarları da məyus edirlər. Çünki istək və arzuları reallaşmır, onları dediklərinə qulaq asan yoxdur. İndiki həssas məqamda xarici ölkə rəhbərləri, beynəlxalq təşkilatların və eləcədə ölkə vətəndaşlarının ölkə başçısı cənab İlham Əliyevə minnətdarlıq etdiyi anda bu işlərə kölgə salmaq təbii ki çoxluq tərəfindən pislənilir.

Ədil Ədilzadə


Son xəbərlər
Neft 40 dolları ötdü
2020-06-03 10:57:53
DİN sürücünü təkzib edir
2020-06-03 10:55:09
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!