Koronavirusun yeni xüsusiyyəti ona qarşı dərman hazırlamağa kömək edə bilər

2020-04-21 10:24:40 / 2823 dəfə oxunub

Koronavirusa yoluxanların bir çoxunda ağ ciyərlərdə qaz dövriyyəsi üçün zəruri olan hemoqlobin səviyyəsinin düşməsi müşahidə edilir.

"Science” jurnalı xəbər verir ki, bunu italiyalı və çinli həkimlər təsbit edib.

Mütəxəssislər bu qənaətə gəliblər ki, virusun zülalları hemoqlobindən dəmiri xaric edərək, porfirinləri bir-birinə bağlayır.

Hücuma məruz qalan hüceyrələr isə buna cavab olaraq iltihablaşmanı dərinləşdirir.

Praktiki baxımdan bu o deməkdir ki, artıq mövcud olan bir sıra preparat koronavirusa qalib gəlməyə kömək edə bilər.

Məsələn, malyariyaya qarşı istifadə edilən xloroxin hemoqlobini virus zülallarının hücumlarından qoruya bilər.

Virusa qarşı istifadə edilən favipiravir isə onun sağlam hüceyrələrə daxil olmasının qarşını alacaq.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!