TƏBİB sədrindən koronavirusla bağlı XƏBƏRDARLIQ: “Ən böyük təhlükə qarşıdadır”

2020-04-24 19:23:07 / 1833 dəfə oxunub

"Karantin rejimi ilə koronavirusun yayılmasının qarşısı alınıb”.

Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

O qeyd edib ki, virusun xaricdən idxalının qarşısının alınması üçün sərhədlər bağlanıb:

"Sosial izolyasiya tədbirləri görülüb və xüsusi karantin rejimi elan edilib. Xüsusi karantin rejimi 4 maya qədər uzadılıb. Lakin bugünküqərarla bəzi yumşaldılmalar olub”.

R.Bayramlının sözlərinə görə, biziböyük təhlükəgözləyə bilər:

"Karantin tədbirlərinin tam aradan qaldırılması ilə ikinci dalğa başlaya bilər. Əhalinin kütləvi yoluxması nəticəsində reanimasion tədbirlər tələb edən hallar arta bilər. Xəstəlik hələ bitməyib və ən böyük təhlükə qarşıdadır.

Bizim üzərimizə sosial məsuliyyət düşür. Yoluxmanın yayılmasının nəzarət altında saxlanılması vacibdir. Qətiyyən arxayınlaşmamalıyıq. Düşmənin "bir nəfəs qədər” yaxın olduğunu fikrimizdən çıxarmamalıyıq”.

Son xəbərlər
Başçıdan örnək addım
2020-05-29 14:08:19
Bahalaşma olacaq?
2020-05-28 19:45:22
Deputatdan təbrik
2020-05-27 23:53:29
LƏTİFƏ
2020-05-26 10:41:21
Oğru qonaq saxlanıldı
2020-05-26 10:00:07
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!