Azərbaycanda orduya çağırışla bağlı yeni tapşırıqlar verildi

2020-04-28 18:04:48 / 1870 dəfə oxunub

Müddətli həqiqi hərbi xidmətə çağırışa hazırlıqla əlaqədar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinin rəislərinin iştirakı ilə videomüşavirə keçirilib.

Dövlət Xidmətindən Sabahinfo.az-a verilən məlumata görə, SHXÇDX-nin rəisi, general-leytenant Arzu Rəhimov koronavirus infeksiyasının (COVİD-19) Azərbaycan Respublikasının ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması üçün xüsusi karantin rejimi tətbiq edilməsi və ölkə rəhbərliyi tərəfindən bu istiqamətdə həyata keçirilən təxirəsalınmaz tədbirlər çərçivəsində 2020-ci ilin aprel çağırışının müddətinin may ayının 31-dək uzadılması ilə əlaqədar görülən tədbirləri diqqətə çatdırıb.

Xidmət rəisi vətəndaşların müddətli həqiqi hərbi xidmətə hazırlanması və çağırılması prosesinin şəffaf və mütəşəkkil qaydada həyata keçirilməsi, çağırışçıların təyin olunduqları hərbi hissələrə təlimata müvafiq qaydada çatdırılması ilə bağlı tapşırıqlar verib.


Son xəbərlər
Neft 40 dolları ötdü
2020-06-03 10:57:53
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!