Azərbaycanda bugünkü 52 koronavirusa yoluxma faktının 32-si bu şəhərdə qeydə alınıb - AÇIQLAMA

2020-05-04 19:51:23 / 1401 dəfə oxunub

"Ötən gün ərzində Azərbaycanda 52 yeni koronavirusa yoluxma halı aşkarlanıb. Bunun 32-si yalnız Gəncədə qeydə alınıb”.

Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, yoluxucu xəstəliklər üzrə işçi qrupun rəhbəri Vasif Əliyev deyib.

Onun sözlərinə görə, Gəncədəki epidemioloji vəziyyətin ağırlaşması karantin rejiminin ciddi pozulduğunu göstərir:

"Bu yaxınlarda Gəncədə belə yüksək insident nisbəti qeydə alınıb ki, bu da sakinlərin karantin rejiminin tələblərindən yayındığını göstərir. Bu, təkcə Gəncəyə deyil, ölkənin digər böyük şəhərlərinə də aiddir. Karantin rejimi yüngülləşdirildikdən sonra daha çox insan fərdi mühafizə qaydalarına məhəl qoymadan küçələrə çıxmağa başladı.

Vətəndaşlar artıq sosial məsafəyə riayət etmirlər və maskalar taxmırlar. Hökumət xəstəliyin yayılması ilə mübarizə üçün bütün tədbirləri gördü, indi vətəndaşlar məsuliyyətli olmalı və karantin tədbirlərinə ciddi riayət etməlidirlər”.


Son xəbərlər
Neft 40 dolları ötdü
2020-06-03 10:57:53
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!