Futbolda mühüm yenilik

2020-05-06 14:34:24 / 1651 dəfə oxunub

FIFA koronavirus pandemiyası ilə əlaqədar bir sıra mühüm tədbirlər həyata keçirməyi planlaşdırır.

 

Bu barədə "Marca” nəşri xəbər yayıb.

 

Mənbənin bildirdiyinə görə, təşkilat cari mövsümün bərpasından sonra klubların hər bir futbolçusunun və əməkdaşının sağlamlığının qorunması üçün maksimum şəraiti təmin etməyə çalışacaq.

 

FIFA-nın ofisindən bildirilib ki, qurum hər oyunda beş əvəzetməyə icazə verilməsi məsələsinə razılıq verib. Bununla yanaşı, oyun zamanı vaxt itkisinin qarşısını almaq üçün əvəzetmələrin müəyyən vaxtlarda, o cümlədən fasilə zamanı edilməsi ehtimal olunur.

 

İngiltərə Futbol Assosiasiyası yeniliklərlə bağlı FIFA-ya müraciət edib. Müraciətdə mövsümün bərpasından sonra futbolçuların qısa müddətdə daha çox oyun keçirməli olacaqları və bununla da zədələnmə ehtimalının artacağı məsələsinin nəzərə alınması xahiş edilib.

Son xəbərlər
Neft 40 dolları ötdü
2020-06-03 10:57:53
DİN sürücünü təkzib edir
2020-06-03 10:55:09
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!