İlham Əliyev koronavirusun çox yayıldığı ərazilərin rəhbər orqanlarına xəbərdarlıq etdi

2020-05-07 16:52:01 / 1039 dəfə oxunub

"Bəzi məsuliyyətsiz vətəndaşlar qaydalara əməl etmirlər, maska taxmırlar, məsafə saxlamırlar. Özlərini elə aparırlar ki, sanki virus məhv olub”.

Oxu.Az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev Bakıda modul tipli ilk xəstəxana kompleksinin açılışında çıxış edərkən deyib.

Dövlət başçısı bildirib ki, karantin qaydalarına riayət etməyən insanlara qarşı ciddi tədbirlər görüləcək.

"Hamı bunu bilsin və nəticə çıxarsın. Biz imkan verə bilmərik ki, hansısa məsuliyyətsiz vətəndaşlar insanların həyatını risk altına salsın. Bu, qətiyyən mümkün deyil”, - deyə Prezident əlavə edib.

İlham Əliyev söyləyib ki, hazırda Azərbaycanın bəzi bölgələrində, xüsusilə Gəncə şəhərində pandemiyanın yeni mərhələsi başlayır:

"Buna çox ciddi yanaşmaq lazımdır. Buna görə də indiki karantin rejimində Bakı, Sumqayıt, Abşeron, Gəncə üçün xüsusi rejim var. Nəyə görə? Çünki bu yerlərdə, şəhərlərdə xəstələrin sayı, yoluxma halları daha çoxdur. Son günlərdə yoluxanların 30, 40, 50 faizi Gəncə şəhərinin, belə demək mümkündürsə, hesabına artır. Deməli, orada vəziyyət narahatlıq doğurmalıdır. İndi bunun səbəbləri araşdırılır”.

Prezident qeyd edib ki, həmin ərazilərdə insanlar və rəhbər orqanlar vaxtında tədbir görməyiblər.

"Harada ki, vaxtında tədbirlər görülür, qəbul edilmiş qaydalaricra edilir, orada vəziyyət nəzarət altındadır. Biz nəzarəti gücləndirəcəyik. Buna görə də, karantin rejimi ilə bağlı sərtləşdirici tədbirlər istisna deyil”, - deyə Prezident əlavə edib.

Son xəbərlər
Başçıdan örnək addım
2020-05-29 14:08:19
Bahalaşma olacaq?
2020-05-28 19:45:22
Deputatdan təbrik
2020-05-27 23:53:29
LƏTİFƏ
2020-05-26 10:41:21
Oğru qonaq saxlanıldı
2020-05-26 10:00:07
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!