DTX-nin həbs etdiyi Vilyam Hacıyevin oğlu işdən çıxarıldı - FOTO

2020-05-07 15:36:21 / 1214 dəfə oxunub

Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs olunan İmişli Rayon İcra Hakimiyyətinin keçmiş icra başçısı Vilyam Hacıyevin oğlu Məhəmməd Hacıyev işdən çıxarılıb.

Oxu.Az-ın məlumata görə, bu barədə müvafiq əmri Baş prokuror Kamran Əliyev imzalayıb.

Əmrə əsasən, Məhəmməd Hacıyev öz ərizəsi ilə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və İnformasiya Təminatı İdarəsinin prokuroru vəzifəsindən azad edilib.

Qeyd edək ki, DTX-nin əməkdaşları İmişli RİH-nin binasında əməliyyat keçirib və V.Hacıyev saxlanılıb.

M.Hacıyevin işdən azad edilməsi ilə bağlı ilk xəbəri Unikal.org saytı yayıb.

Son xəbərlər
Neft 40 dolları ötdü
2020-06-03 10:57:53
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!