DTX-nin həbs etdiyi Vilyam Hacıyev sahibkardan 172 min manat rüşvət alıb - VİDEO

2020-05-07 13:50:19 / 1203 dəfə oxunub

Dövlət Təhlükəsizliyi Xidməti İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin saxlanılması ilə bağlı görüntülər yayıb.

Görüntülərdən aydın olur ki, Vilyam Hacıyevtabeliyində olan vəzifəli şəxslər vasitəsilə yerli icra hakimiyyəti və digər dövlət orqanlarının vəzifəli şəxslərindən, eləcə də, rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlardan müxtəlif adlar altında pul vəsaitləri tələb edib.

Sahibkar Səyalı Səfərova istintaq zamanı bildirib ki, keçmiş icra başçısı tərəfindən rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün verilən vəsaitin 30 faizinin geriqaytarılması tələb edilib:

"Sonuncu dəfə martın 25-də Vilyam Hacıyevin Elçin adlı sürücüsü mənə zəng etdi və Şüvəlanda yaşadığım evin qarşısında ona 172 min manat verdim”.

DTX-dəaparılan cinayət işi üzrə Vilyam Hacıyev vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, təkrar rüşvət alma, vəzifə saxtakarlığı faktlarına görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.


Son xəbərlər
Neft 40 dolları ötdü
2020-06-03 10:57:53
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!