DTX əməliyyatının təfərrüatı: “Onların vəziyyətini Vilyam müəllimə dedim, dedi ki, olmaz...” - VİDEO

2020-05-07 12:48:37 / 1184 dəfə oxunub

Sosial-məişət şəraitinin aşağı olması ilə bağlı mənzil növbəsində olan şəxslərə İmişli şəhərində dövlət büdcəsi vəsaiti hesabına inşa edilmiş çoxmənzilli yaşayış binasında növbəli qaydada verilməli olan mənzillərVilyam Hacıyev tərəfindən pulla verilib.

Oxu.Az-ın məlumatına görə, bu barədə İmişli Rayon İcra Hakimiyyətinin baş mühasibi Cəmil Musayev DTX-nin apardığı istintaq zamanı bildirib.

O qeyd edib ki, V.Hacıyev dövlət büdcəsi vəsaiti hesabına inşa edilmiş mənzillərin hər biri üçün pul vəsaiti alınması göstərişini verib:

"Birotaqlı mənzilə 10 min manat, ikiotaqlı mənzilə 20 min manat, üçotaqlı mənzilə isə 30 min manat alınması üçün tapşırıq verib. İnsanlarla görüşürdük, ev istəyirdilər. Onların vəziyyətiniVilyam müəllimə danışırdım. Deyirdi ki, yox, olmaz. Müəyyən vaxtdan sonra həmin vətəndaşlar müxtəlif məbləğdə pul vəsaitlərinimənə təqdim edirdilər. Mən də Vilyam Hacıyevə verirdim”.

Son xəbərlər
Neft 40 dolları ötdü
2020-06-03 10:57:53
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!