Bakı metrosundan yalnız bu şəxslər istifadə edə biləcək - RƏSMİ + VİDEO

2020-05-08 17:16:37 / 913 dəfə oxunub

"Koronavirus pandemiyasından əvvəlki dövrdə "Bakı Metropoliteni”ndə iş günləri ərzində 800 minnəfər daşınıb”.

Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün keçirdiyi brifinqdə "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Zaur Hüseynov bildirib.

O qeyd edib ki, şənbə günləri 600 min nəfər, bazar günləri 450 min sərnişin daşınırdı:

"Yanvar-fevral ayında 39 milyon sərnişin daşınıb. Amma koronavirus pandemiyası dövründə daşınma azaldı”.

Sədr əlavə edib ki, yeni qaydalara əsasən, maskasız şəxslər metroya daxil ola bilməyəcəklər:

"Metrodan yalnız xüsusi icazəsi olan şəxslər istifadə edə bilərlər”.


Son xəbərlər
Başçıdan örnək addım
2020-05-29 14:08:19
Bahalaşma olacaq?
2020-05-28 19:45:22
Deputatdan təbrik
2020-05-27 23:53:29
LƏTİFƏ
2020-05-26 10:41:21
Oğru qonaq saxlanıldı
2020-05-26 10:00:07
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!