Qaradağdakı uşaq xəstəxanası nə vaxt təmir ediləcək? - AÇIQLAMA

2020-05-14 18:08:02 / 2658 dəfə oxunub

Sosial şəbəkədə Qaradağ rayonu 4 saylı uşaq xəstəxanasının bərbad vəziyyətdə olmasına dair fotolar paylaşılıb.

Oxu.Azxəbər verir ki, söhbət paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsində yerləşən 4 saylı uşaq xəstəxanasından gedir.

İddia edilir ki, hazırda səhiyyə müəssisəsi bu vəziyyətdədir.

TƏBİB-in mətbuat xidmətindən məsələ ilə bağlıOxu.Az-a verilən məlumata görə, ölkə ərazisində müşahidə edilən pandemiya ilə əlaqədar tibb müəssisələrinin yanvar ayından başlanılan təhvil-təslim məsələləri bir qədər gecikir:

"Hazırda sözügedən xəstəxananın bu vəziyyətdə olub-olmadığı ilə bağlı bir söz deyə bilmərəm. Amma bu gün respublika ərazisində bizə təhvil-təslim edilən tibb müəssisələri arasında pis vəziyyətdə olan, təmirə ehtiyacı olan müəssisələr var. Bununla bağlı TƏBİB tərəfindən müvafiq layihələr hazırlanırdı. Lakin koronavirusla bağlı layihələrin hazırlanma prosesi və icrası qeyri-müəyyən müddətə dayandırılıb.

Həmin tibb müəssisələrin strukturu, cari vəziyyəti ilə bağlı işçi qruplarımız yerindəcə monitorinqlər aparırdı. Lakin TƏBİB-ə təhvil-təslim prosesi tamamlanmadığı üçün onların bərpası istiqamətində görüləcək işlərin nə zaman başlayacağı məlum deyil".

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!