Azərbaycanda bacıların təcavüzə uğraması xəbərlərinə RƏSMİ MÜNASİBƏT

2020-05-14 17:43:03 / 577 dəfə oxunub

Baş Prokurorluqda aparılmış araşdırmalarla Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Əfqan Sadıqovun "Facebook” sosial şəbəkəsində özünə məxsus səhifə vasitəsilə qəsdən və qərəzli şəkildə, sensasiya naminə Ağcabədi rayonu Taxtakörpü qəsəbəsində məskunlaşan Laçın rayonundan olan məcburi köçkün Aysel Səlimovanın ayrı-ayrı şəxslər tərəfindən guya zorakılığa məruz qalması ilə bağlı müraciətlərin polis və prokurorluq orqanları tərəfindən qeyri-obyektiv araşdırılmasına dair məlumatlar yayması müəyyən edilib.

Baş Prokurorluğun mətbuat xidmətindənverilən məlumata görə, ictimaiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət etməklə cinayətkarlığa qarşı mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən tədbirlərin üzərinə kölgə salmağa yönələn həmin məlumatlar həqiqəti əks etdirmir və qəti şəkildə təkzib olunur.

Belə ki, Baş Prokurorluqda aparılmış araşdırmalarla müəyyən olunub ki, Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində yaşayan Aysel Səlimova və Ayşən Cəfərova bacıları təcavüzə məruz qalmaları barədə rayon prokurorluğuna, eləcə də, rayon polis şöbəsinə hər hansı müraciət etməyiblər və bu barədə araşdırma aparılmayıb.

Araşdırmalarla müəyyən edilib ki, əvvəllər də Laçın rayonunun müxtəlif vəzifəli şəxslərini ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə onlara böhtan atması və təhqir etməsinə görə Əfqan Sadıqov xüsusi ittiham qaydasında Cinayət Məcəlləsinin 147.2 (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün ayrı-ayrı şəxslər tərəfindən Cəlilabad Rayon Məhkəməsinə edilmiş müraciətlər əsasında hər iki cinayət işi hazırda məhkəmə baxışı mərhələsindədir.

Əfqan Sadıqov məhkəməyə verildikdən sonra sosial şəbəkələrdə mütəmadi olaraq həmin şəxslər və ayrı-ayrı yerli dövlət qurumları haqqında qərəzli, həqiqəti əks etdirməyən məlumatlar yaymaqdadır.

Həmçinin, qeyd edilib ki, Ayşən Cəfərova və anası Bənövşə Nəcəfova ərizə ilə Laçın Rayon Polis Şöbəsinə müraciət edərək, Ə.Sadıqovun sosial şəbəkələrdə yaydığı böhtan xarakterli məlumatlarla bağlı barəsində müvafiq tədbirlərin görülməsini xahiş ediblər.


Son xəbərlər
Neft 40 dolları ötdü
2020-06-03 10:57:53
DİN sürücünü təkzib edir
2020-06-03 10:55:09
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!