Azərbaycanda daha 113 nəfər koronavirusa yoluxub, 40 nəfər sağalıb, 1 nəfər vəfat edib

2020-05-18 17:38:04 / 610 dəfə oxunub

Bu gün koronavirusa yeni yoluxmaların sayı 113, sağalan xəstələrin sayı 40 nəfərdir, 1 nəfər koronavirusdan ölüb. Hazırda xəstəxanalarda müalicə edilən aktiv xəstələrin sayı 1 333 nəfər olub. Ümumilikdə ölkədə koronavirusa ümumi yoluxmaların sayı 3 387 nəfərə çatıb.

Bunu "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib.

Onun sözlərinə görə, ölkədə bundan sonra vəziyyətin tibbi baxımdan necə olacağı yalnız bizim özümüzdən asılıdır. Parklarda mütləq maskalardan istifadə edilməlidir:

"Xəstə sayı artdıqca onlara tibbi baxımdan yardım göstərmək də çətinləşə bilər. Bu gündən karantin qaydaları daha da yumşaldılır. Amma biz həkimlər daha çətin işə hazır olmalıyıq. Bunu statistika da göstərir. 11-17 mayda 755 yoluxma olub. Bir həftə ərzində bu qədər yoluxma olmayıb. Məhdudiyyətlər götürüldükdən kimi yoluxmaların sayı artdı. Bu, bizim sosial məsuliyyətimizin olmadığını göstərir. Bu günə qədər dövlət tərəfindən bütün tədbirlər görülüb. Biz də sosial məsuliyyəti hiss etməliyik".


Son xəbərlər
Neft 40 dolları ötdü
2020-06-03 10:57:53
DİN sürücünü təkzib edir
2020-06-03 10:55:09
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!