Bakı metrosunda sərnişinlər qaydaları pozur? - AÇIQLAMA

2020-05-19 09:45:03 / 445 dəfə oxunub

"Mənzil başına çatana qədər sərnişinlərin maskaları çıxarması qadağandır”.

Oxu.Azxəbər verir ki, bu barədə "Bakı Metropoliten” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov "Xəzər TV”nin efirində yayımlanan "Xəzər Səhər” proqramında qonaq olarkən deyib.

O bildirib ki, metropolitendə karantin qaydalarını pozmağa cəhd edən sərnişinlər müşahidə edilir:

"Metro fəaliyyətə başladığı ilk həftə ərzində karantin qaydalarını kobud şəkildə pozan sərnişinlə bağlı məlumat vermişdik. Bu istiqamətdə statistikanı metro polisi həyata keçirdiyi üçün bizdə dəqiq rəqəmlər yoxdur. Lakin müşahidələrimiz nəticəsində görürük ki, metropolitendə karantin qaydalarını pozmağa cəhd edən sərnişinlər var.

Bəzən platformalarda və ya qatarlarda sərnişinlərin maskaları çıxardıqlarının şahidi oluruq. Metro polisi ilə metropoliten əməkdaşları bu kimi halların qarşısını almaq üçün sərnişinlərə yaxınlaşaraq, maskaları çıxarmamğı xahiş edir. Ümumiyyətlə, mənzil başına çatana qədər sərnişinlərin maskaları çıxarması qadağandır”.



Son xəbərlər
Başçıdan örnək addım
2020-05-29 14:08:19
Bahalaşma olacaq?
2020-05-28 19:45:22
Deputatdan təbrik
2020-05-27 23:53:29
LƏTİFƏ
2020-05-26 10:41:21
Oğru qonaq saxlanıldı
2020-05-26 10:00:07
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!