Kollegiya sədri onlayn iclas keçirdi

2020-05-20 21:42:13 / 2190 dəfə oxunub
Vəkillər Kollegiyasının sədri Anar Bağırovun sədrliyi və ölkəmizdə fəaliyyət göstərən 70 vəkil qurumunun rəhbərlərinin iştirakı ilə videokonfrans keçirilmişdir.

Respublikamızda COVID-19 virusunun yayılması ilə bağlı tətbiq edilən karantin rejiminin yumşaldılması şəraitində vəkillik fəaliyyətinin spesifik xüsusiyyətləri barədə fikirlərini bölüşən Vəkillər Kollegiyasının sədri Anar Bağırov iclasda vəkil qurumlarında Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən olunmuş qaydalara riayət olunması vəziyyəti və vəkillərə təyin olunmuş güzəştlər, dövlət hesabına göstərilən hüquqi yardıma görə Hüquqi Yardım və Tədris Mərkəzinə göndərilən hesabatların tərtibində qarşılaşılan problemlər, növbətçilik siyahılarının vaxtında tərtib olunub Kollegiyaya təqdim edilməsi, hüquqi yardıma görə nağdsız ödənişlərin həyata keçirilməsi işinin təşkili vəziyyəti barədə məsələlərə toxunmuşdur.

Sonra son iki ildə vəkillərin sayının iki dəfəyədək artmasına baxmayaraq bəzi büroların sahəsinin, lazımi inventarların və texniki vasitələrin zəif olması, vəkillərdən alınan büronun saxlama xərclərinin həcmi, Kollegiyasının internet saytında olan elektron vəkil kabinetindən vəkillərin istifadə səviyyəsi, bürolar tərəfindən vətəndaşların müraciətlərinə baxılması, mövcud şikayətlərin yerində həll olunması məsələlər barədə fikir mübadiləsi aparılmışdır.

Daha sonra Hüquqi Yardım və Tədris Mərkəzinin direktoru Şahmar Məmmədov Mərkəzin cari fəaliyyəti və görülmüş işlər barədə məruzə ilə çıxış etmiş, verilən sualları cavablandırmışdır.

İcas öz işini qurumların fəaliyyətində qarşılaşılan problemlər və onların həlli istiqamətində görüləcək tədbirlərin müzakirəsi ilə davam etdirmişdir.
Son xəbərlər
Natamamlıq kompleksi
2020-11-27 18:57:32
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!