İcra başçısından Qarabağ əlilinə ən gözəl Ramazan hədiyyəsi-FOTOLAR

2020-05-24 08:14:57 / 4436 dəfə oxunub

İsmayıllı şəhər sakini, I qrup əlil İlham Dadaşova evində elektron araba hədiyyə olunub. Belə ki, bu günlərdə rayon icra hakimiyyətinin başçısı Nahid Bağırov əzələ xəstəliyindən əziyyət çəkən vətəndaşı videobağlantı vasitəsi ilə qəbul edib. Görüşün mövzusu rayon sakininin xəstəliyi barədə olub. Müalicənin gedişi və bu sahədə çətinliklərdən bəhs olunub. İ.Dadaşov elektron әlil arabasına ehtiyacı olduğunu deyib. Ona kömәklik göstәrilәcәyi bildirilib.

Videoqəbuldan 2 gün sonra, icra başçısı dövlət qayğısından irəli gələn hədiyyəni vətəndaşa evində verib, onu Ramazan bayramı və 28 May – Respublika Günü münasibəti ilə təbrik edib. Karantin qaydalarına əməl olunaraq təşkil edilmiş yeni görüş zamanı rayon sakini qısa zamanda dövlət tərəfindən göstərilən köməyə görə təşəkkürünü bildirib. O, əlilliyi ilə əlaqədar hər ay dövlətdən aldığı təqaüdə görə də məmnunluğunu nəzərə çatdırıb.


Son xəbərlər
Şəhidlərimiz var
2020-07-12 18:27:30
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!