İltizam Yusifovdan Ramazan təbriki

2020-05-24 21:14:23 / 1203 dəfə oxunub
Bütün müsəlmanların müqəddəs Ramazan bayramı mübarək olsun. Bu ayda müsəlmanlar Uca Allah və din qarşısında vicdani borclarını daha dolğun yerinə yetirmək fürsəti əldə edir, mənəvi zənginliyin və əxlaqi kamilliyin nəfs üzərində qələbə sevincini yaşayırlar. Müqəddəs kitabımız "Qurani-Kərim”in nazil olduğu Ramazan ayı insanlar arasında birliyin, bərabərliyin, xeyirxahlıq və şəfqətin, ilahi hikmətə bağlılığın təntənəsini nümayiş etdirir. Qəlbləri ilahi hikmətlə nurlandıran Ramazan bayramı insanları cəmiyyətimizdə nəcib əməllərin və savab işlərin təntənəsinə yol açır. Oruc tutanlarmızı bu mübarək ayın hər açılan sabahını sağlıqlı və şükür içində başa vurduqları üçün təbrik edirəm. Allah orucunuzu və dualarınızı qəbul etsin! Süfrəniz bol və bərəkətli olsun!
Ramazan bayramınız mübarək olsun! Amin!

 İltizam Yusifov, millət vəkili
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!