Nigahsız yaşadığı qadını döyən BAŞ REDAKTOR SAXLANILDI

2020-05-28 19:42:09 / 1057 dəfə oxunub
Şirvan Polis Şöbəsinin (ŞPŞ) əməkdaşları Şirvan sakini, 1993-cü il təvəllüdlü Məmmədli Ayşən Hafiz qızının şikayəti əsasında əvvəllər qeyri-rəsmi nikahda yaşadığı Şirvan sakini, 1957-ci il təvəllüdlü Nağıyev Mirhüseyn Balağa oğlunu saxlayıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, şikayətində 26 may saat 13.00 radələrində M. Nağıyevin qadının satıcı işlədiyi telefon mağazasına gələrək, onu insanların gözü qarşısında vəhşicəsinə döyərək baş nahiyəsindən xəsarətlər yetirdiyini bildirib. Keçirilən istintaq tədbirləri nəticəsində Mürhüseyn Nağıyev polis əməkdaşları tərəfindən saxlanılıb. Baş vermiş hadisəni özündə əks etdirən videogörüntülər və şahidlərin izahatları əsasında saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət işi başlanılıb.

Həmçinin istintaq tərəfindən müəyyən edilib ki, M.Nağıyev 2012-ci ildən 2018-ci ilədək A.Məmmədli ilə qeyri-rəsmi nigahda yaşayıb.

Mirhüseyn Nağıyev "Bizim vətən” ictimai-siyasi qəzetinin təsisçisi və baş redaktorudur.

Qeyd edək ki, saxlanılan şəxsin qadını döyməsi kadrları sosial şəbəkələr üzərindən geniş yayılıb.
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!