Şamaxıda ailə ilə polislər arasındakı qalmaqallı məsələyə RƏSMİ MÜNASİBƏT

2020-05-31 13:06:20 / 1167 dəfə oxunub

Sosial şəbəkələrdə guya Şamaxı rayonunda polis əməkdaşları ilə ailə arasında baş vermiş qarşıdurma ilə bağlı yayılan görüntülərə aydınlıq gətirilib.

Daxili İşlər NazirliyindənOxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sosial şəbəkədə bəzi istifadəçilərin məsələnin mahiyyətini bilmədən və ya bilmək istəmədən həmin görüntüləri paylaşması təəssüf doğurur:

"Real fakt isə heç də görüntülərdə olduğu kimi deyil. Bildiririk ki, Şamaxıda polislə vətəndaş arasındaqarşıdurma yaşanmayıb. Məhkəmənin qərarı ilə inzibati qaydada həbs olunan bir nəfərin ailəsi bununla razılaşmayıb və onun azad edilməsi üçün müvafiq dövlət qurumlarına rəsmimüraciət etmək əvəzinə, əsassız olaraq hay-küy qaldırıblar. Bu zaman polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb və ərazini tərk etmələrini istəyiblər.

Həmin şəxsin həbs olunması məsələsinə gəlincə, bu il yanvarın 29-da Şamaxı şəhər sakinləri olan iki qadın (etik baxımdan qadınların ad və soyadlarını göstərmirik) Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edərək, həmin rayonun Göylər kəndi ərazisində Aslan Xudaverdiyev və Saleh Əliyev adlı şəxslərin onların qarşılarını kəsərək, söyüşlə təhqir edib, bədən xəsarəti yetirdiklərini bildiriblər.

Müraciət əsasında RPŞ-də araşdırmalara başlanılıb. Müəyyən edilib ki, həmin qadınlarla A.Xudaverdiyev və S.Əliyev arasında olan münaqişə şəxsi münasibətlər zəminində baş verib. Qadınlara yetirilən xəsarətlərin dərəcəsi yüngül olduğundan toplanmış materiallar üzrə cinayət işinin başlanması rədd edilib. Ona görə də hər iki şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati xəta haqqında protokollar tərtib olunaraq, baxılması üçün aidiyyətiüzrə rayon məhkəməsinə göndərilib.

Məhkəmə tərəfindən A.Xudaverdiyev barəsində 25 gün, S.Əliyev barəsində isə 20 gün müddətində inzibati həbs qərarı qəbul edilib. Ailələrin verdikləri apellyasiya şikayəti ilə əlaqədar məsələyə Sumqayıt Apellyasiya Məhkəməsində baxılıb və rayon məhkəməsinin qərarı qüvvəsində saxlanılıb.

Artıq A.Xudaverdiyev barəsində rayon prokurorluğunda cinayət işi qaldırılıb. Buna səbəb isə məhkəmə sədri tərəfindən 25 gün müddətinə inzibati həbs qərarı qəbul edildikdən sonra A.Xudaverdiyev həmin qərara etiraz olaraq məhkəmə zalında nalayiq söyüşlər söyməsi, proses iştirakçıları olan şikayətçi qadını təhqir etməsidir. Onu sakitləşdirməyə və qayda-qanunlara riayət etməyə dəvət edən iki polis əməkdaşına qarşı da fiziki zor tətbiq edərək, onlara yüngül xəsarət yetirib, müqavimət göstərib.

Bununla əlaqədar toplanmış materialda Cinayət Məcəlləsinin 289.1 və 315.1-ci maddələri ilə nəzərdə tutulan cinayət tərkiblərinin əlamətləri olduğundan, mayın 16-da cinayət işi başlanıb. İstintaq aparılır.

İstintaqın gedişi zamanı rayon sakinləri olan daha beş nəfər müraciət edərək, A.Xudaverdiyevin onlara qarşı dələduzluq etdiklərini bildiriblər. Ona görə də həmin cinayət işinə CM-nin 178.2-ci maddəsi də əlavə edilib.

Sonda onu da xatırladaq ki, hər bir şəxsin məhkəmənin qərarından şikayət etmək hüququ var. LakinA.Xudaverdiyevin ailəsinin qərara etiraz etmək üçün ictimai asayişin pozulmasına yönəlmişhərəkətləri yolverilməzdir. Onlar istədikləri vaxt rəsmi qaydada yuxarı instansiyalara şikayət edə bilərlər”.

Son xəbərlər
Şəhidlərimiz var
2020-07-12 18:27:30
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!