"Salyanı seçməyim bölgələrimizin inkişafına dəstək olmaq məqsədi daşıyır"-MÜSAHİBƏ

Jalə Əhmədova: "Bəzi məmurlarımız hökümətimizin, ölkə başçımızın gördüyü işləri yerlərdə düzgün təbliq etmirlər"

2020-06-01 01:14:04 / 8393 dəfə oxunub
Milli Məclisin deputatı Jalə Əhmədova SABAHİNFO.AZ saytına ümsahibə verib. O müsahibəsində bir sıra maraqlı məqamlara toxunub.

-Jalə xanım COVİD-19 virusu ilə bağlı dünya miqyasında iş aparılır. Azərbaycanda cənab İlham Əliyevin uzaqgörən və düşünülmüş siyasəti nəticəsində bu problem az itkilərlə müşahidə olunur. Azərbaycanın koronavirus təcrübəsini necə dəyərləndirərdiniz?

-Ölkəsinin uğurlarını qəbul edə bilən hər bir şəxs Azərbaycanımızın uğurlarını yüksək qiymətləndirməlidir. Təsadüfü deyil ki, məhz bizim uğurlu Koronavirusla mübarizə modelimiz qardaş Türkiyə başda olmaqla, bir çox dövlətlərin önəmli telekanallarında yayımlanıb. Ölkədə insan itkisinin az olmasından savayı, həmçinin sosial sahədə çox önəmli işlər görülmüşdür. Bura həm 190 manatlıq birdəfəlik ödənişlər, yaşlı vətəndaşlarımıza sosial köməklərin göstərilməsi, iş yerlərinin azaldılmasının qarşısının alınması, yerli maska və tibbi spirt istehsalatının başladılması və s. daxildir. Daha öncəki müsahibələrimdə də qeyd etdiyim kimi bu çətin günlərdə Azərbaycanımız iqtidar-xalq birliyi göstərdi və bu günləri az itkilər ilə başa vurmaqdadır.

-Qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yüksəldilməsi hökumətin prioritet elan etdiyi sahələrdəndir. Ötən günlərdə də "Qobu 3” Yaşayış Massivi istifadəyə verildi. Bu təbəqədən olan insanlarla bağlı həyata keçirilən işləri necə şərh edərdiniz?

-İlk öncə gəlin unutmayaq ki, yeni salınan şəhərciklər məcburi köçkünlər üçün müvəqqəti yaşayış yeridir. Torpaqlarımız işğaldan azad ediləndən sonra orada gözəl binalar, şəhərciklər tikiləcək, ermənilər tərəfindən dağılmış şəhərlərimiz yenidən qurulacaqdır. Cocuq Mərcanlı kəndinin timsalında biz görürük ki, işğaldan azad olunacaq digər torpaqlarda hansı işlər görüləcək. Həmçinin, işğaldan azad olunan Şıxarx qəsəbəsində böyük şəhərcik salınıb. Bütün bunlar dövlətin öz vətəndaşlarının hər zaman yanında olduğuna işarə edir. Dağlıq Qarabağ probleminin həlli tarixi məsələdir və birdəfəlik, tam həll olunmalıdır. Əminliklə qeyd edə bilərəm ki, Azərbaycan ordusu istənilən vəzifəni icra etmək qüdrətindədir. Ermənistan tərəfinin hər dəfə danışıqları pozmaq və öz xalqını yalanlarla aldatmaq ritorikasına baxmayaraq, bizim məqsədimiz, əsas amalımız suverenliyimizi tam və birdəfəlik təmin etməkdir və biz bunu edəcəyik.

-Jalə xanım. Bakıda anadan olsa da 59 Saylı Salyan Seçki Dairəsindən deputat seçilmisiniz. Dairə seçimi təsadüfən olub ya hər hansı səbəb var?

-Bəli Bakıda anadan olub, Bakıda böyümüşəm. Anam tərəfdən nənəm Salyanlı olduğu üçün bağlılığım var, uşaq vaxtı yay-qış tətillərimi həmişə orda keçirmişəm. Əhalinin düşüncə tərzinə, adət-ənənəsinə yaxşı bələdəm. Salyan paytaxta ən yaxın ərazilərimizdəndir. Əhalisi çox ziyalı, savadlı, adət-ənənələrimizi qoruyub saxlıyan rayonlarımızdandır. Bakı şəhərindən daim yetərin qədər namizəd olur, hər kəsin paytaxta can atması düzgün deyil deyə hesab edirəm. Düşünürəm ki, rayonlarımızın inkişafı üçün mənim kimi paytaxtda böyüyüb yaşayanların bölgələrdə xidmət zəruridir. Həyat yoldaşım hərbiçi olduğu üçün mənim çox rayonlarımızda yaşamaq kimi təcrübəm olub. Bu dövürlərdə rayon və kənd əhalisinin nəqədər zəhmətkeş, daha saf, daha bir-birinə qarşı mehriban olduğunu müşahidə etmişəm. Rayonlarımızda mövcud olan problemləri yaxından izləmişəm, xəbərdaram. Salyanı seçməyim də bölgələrimizin inkişafına dəstək olmaq məqsədi daşıyır.

-Seçicilərinizin nə kimi problemləri var? Onlarla ünsiyyət və görüşlərinizi necə tənzimləyirsiniz?

-Karantin dövrünü yaşadığımız üçün canlı ünsiyyət qura bilməmişik seçicilərlə, lakin müassir dövrün imkanlarından maksimum dərəcədə istifadə etməklə video görüntülü, mobil rabitə və məktub vasitəsilə müəyyən problemləri həll etməyə çalışıram. Vətəndaşların əsas xahişi torpaqla, sosial yardımla, iş yerləri ilə bağlı olur. Çox təəsüf ki, bəzi məmurlarımız Hökümətimizin, ölkə başçımızın gördüyü işləri yerlərdə düzgün təbliq etmirlər. Görülən nəhəng işlərə xələl gətirir, vətəndaşda iqtidara qarşı müxalif fikirlər yaradırlar . Sizə səmimiyyətimlə deyə bilərəm ki, seçildiyim bu az zaman içində gördüm ki, vətəndaşın hansısa problemin həllindən daha çox diqqətə, anlayışa, insan kimi sayılıb hörmət edilməyə, müdrük bir məsləhətə ehtiyacları var.

-Daha çox idman sahəsində göstərdiyiniz fəaliyyətlər davamlı olaraq işıqlandırılır. Maraqlıdır Jalə Əliyeva üçün Milli Məclis çoldən və içəridən necə görünür?

-Bəli bu günə kimi daha çox idman sahəsində gördüyüm işlər gündəmdə işiqlandırılıb, lakin bilirsiz mən bundan öncə də dövlət işində xalqımıza xidmət etmişəm. Məhkəmə hakimiyyətində yetərin qədər iş təcrübəm olduğu üçün qanunvericilik sahəsi, yəni Milli Məclisin fəaliyyət istiqaməti Jalə Əhmədova üçün yad bir sahə deyildi çöldən. Daxildən bu günki Milli Məclis mənim üçün çox uğurludur. Görülən islahatları tam dəstəkləriyəm və VI çağırışa böyük ümüdlərim var. İnşallah xalqımız da bunun şahidi olacaqdır.

-Hüquqi biliklərinizə söykənərək Avropa Məhkəməsinin Ramil Səfərovla bağlı qərarına münasibətiniz?

-Bu mövzu haqqında yetərli qədər rəsmi açıqlamalar verilmişdir. Ümumiyyətlə onu deyə bilərəm ki, bu qərar ümumi tədbirlər baxımından Azərbaycan tərəfinin üzərinə heç bir öhdəlik qoymur. Yalnız fərdi tədbirlər var ki, bunlar da Azərbaycan hökumətinin iddiaçıların məhkəmə xərclərinin ödəməsindən ibarətdir. Qərarda maddi və ya mənəvi ziyan da daxil olmaqla heç bir təzminat müəyyən edilməyib.

Ədil Ədilzadə
SABAHİNFO.AZ saytının baş direktoru


Son xəbərlər
Şəhidlərimiz var
2020-07-12 18:27:30
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!