Koronavirusa qarşı dərmanın hamilə qadınlar üçün təhlükəli olduğu açıqlandı

2020-06-01 10:41:53 / 2925 dəfə oxunub

Rusiya Federasiyasında koronavirusa qarşı ilk qeydiyyatdan keçəndərman olan "Avifavir” hamilələrəvə ailə planlaşdırılması dövründə olanqadınlara qəti şəkildə qadağandır.

Bu barədə "İnterfaks” Rusiya Birbaşa İnfestisiya Fonduna istinadla xəbər verir.

Xəbərdarlıqda deyilir ki, qadın hamiləlik dövründə bu preparatıqəbul edərsə, uşaqda eybəcərlik yarana bilər.

Qeyd edək ki, klinik sınaqlar zamanı koronaviruslu xəstələrin müalicəsində yüksək effektivlik göstərən bu dərman Yaponiyada 2014-cü ildən etibarən qripin ağır formalarına qarşı istifadə edildiyi üçün yaxşı öyrənilib.

Hazırda"Avifavir”in klinik sınaqlarının son mərhələsi davam edir.


Son xəbərlər
Şəhidlərimiz var
2020-07-12 18:27:30
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!