“Ekologiya postu” sökülür

2020-06-01 11:02:46 / 832 dəfə oxunub

"Ekologiya postu”nun söküntüsünə başlanılıb.

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Trend-ə açıqlamasında bildirib ki, söküntü işləri bir həftə ərzində yekunlaşcaqr:

"Hazırda orada müəyyən texniki vasitələrin köçürülməsi işləri gedir. Təxminən bir həftəyə əvvəlki binanın sökülməsi başa çatacaq və yeni bina fəaliyyətə başlayacaq”.

Qeyd edək ki, Bakı-Sumqayıt yolunun üzərində yerləşən "Ekologiya postu”nun bu gündən söküntüsünə başlanılıb. Sökülən postun arxasında yeni bina tikilib və yaxın günlərdə istifadəyə veriləcək.


Son xəbərlər
Şəhidlərimiz var
2020-07-12 18:27:30
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!