Adil Əliyev bəzi deputatları susqunluqda ittiham etdi

2020-06-01 13:10:49 / 1224 dəfə oxunub

Milli Məclis sədrinin müavini Adil Əliyev bəzi deputatları sosial şəbəkələrdə aparılan söyüş kampaniyasına qarşı susqunluqda təqsirləndirib.

A.Əliyev parlamentin iclasında bildirib ki, ən çox təhqir olunan insanlardan biri də özüdür.

"Ən çox hədəf seçilən insanlardan biri də mənəm. Amma bəzi deputatlar təhqirlərə qarşı münasibət bildirmirlər. Bu isə qarşı tərəfi daha da həvəsləndirir”, - deyə A.Əliyev əlavə edib.

Vitse-spiker söyləyib ki, söyüş kampaniyası susqunluq nümayiş etdirən deputatlara qarşı da yönələ bilər.

Son xəbərlər
Şəhidlərimiz var
2020-07-12 18:27:30
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!