Gülnarə Rəhimovanın polis idarəsində təzyiqə məruz qalması əsassızdır - RƏSMİ

2020-06-01 13:22:51 / 1057 dəfə oxunub

"Gülnarə Rəhimovanın Nizami Rayon Polis İdarəsində təzyiqə məruz qalması ilə bağlı iddiaları əsassızdır, həqiqəti əks etdirmir”.

Bu barədə Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev KİV-in sorğusuna cavab olaraq bildirib.

O qeyd edib ki, G.Rəhimovabarəsində olanşikayətlə əlaqədar polis idarəsinə dəvət olunaraq izahatı alınıb.

E.Hacıyev vurğulayıb ki, polisorqanına hansı səbəbdən dəvət olunması ilə bağlı G.Rəhimova tam məlumatlıdır:

"Onun iddiaları araşdırmanın istiqamətini dəyişdirmək üçün ictimai diqqəti üzərinə yönəltmə cəhdləridir. G.Rəhimovanın barəsində toplanılan materiallar rayon prokurorluğuna göndərilib”.

Qeyd edək ki, sosial şəbəkələrdəictimai fəal G.Rəhimova Nizami Rayon Polis İdarəsində təzyiqə məruz qalması barədə məlumat yayıb.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!