Azay Quliyevdən QHT-lərlə bağlı çağırış

2020-06-01 20:15:12 / 1712 dəfə oxunub

"QHT və qrant haqqında qanunlara dəyişiklik edilməsi, ümumiyyətlə QHT qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı həm Milli Məclisdə, həm cəmiyyətdə mütəmadi olaraq aparılan müzakirələrə münasibət bildirmək istəyirəm. Mən prinsip etibarilə bu istiqamətdə qanunvericiliyə yenidən baxılmasında və günün tələbinə uyğun dəyişiklərin edilməsində problem görmürəm".

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Azay Quliyev bildirib.

A.Quliyev qeyd edib ki, cənab Prezidentin bu ilin fevralın 27-də təsdiq etdiyi Açıq hökumətin təşviqinə dair Milli Fəaliyyət Planında vətəndaş cəmiyyəti üzvlərinin fəaliyyətinin qanunvericilik bazasının genişləndirilməsi ilə bağlı bir sıra müddəalar var:

"Bu gün həqiqətən də QHT-lərin fəaliyyətinin dayanıqlı olması və onların maliyyə mənbələrinin şaxələndirilməsi üçün qanunvericilikdə müvafiq dəyişikliyin edilməsinə ehtiyac var.

6-7 il bundan qabaq QHT qanunvericiliyinə edilən dəyişiklikdən sonrakı dövrü soyuqbaşla analiz etdikdə görərik ki, milli təhlükəsizliyimizin və ictimai-siyasi sabitliyin qorunması, qeyri-qanuni və qeyri-şəffaf fəaliyyətin qarşısının alınması, QHT sektorunda nizam-intizamın yaradılması baxımdan bu dəyişikliklərin çox mühüm rolu oldu.

Lakin etiraf etməliyik ki, bəzi prosedur xarakterli dəyişikliyin bir qismi milli və dövlətçilik mövqeyində olan QHT-lərin maliyyə təminatına və dayanaqlığına mənfi təsir etdi. Halbuki, xarici dairələrin sifarişlərini yerinə yetirən bəzi QHT-lər və marginal qruplar müxtəlif vasitələrlə, xüsusilə 3-cü ölkələr üzərindən qeyri-şəffaf yollarla yenə də əvvəlki həcmdə qrant vəsaitləri almaqda davam edirlər.

Ona görə də vəziyyəti düzgün analiz edib, pandemiyanın gətirdiyi reallıqları, ölkədə aparılan köklü islahatları və xüsusilə siyasi islahatların mahiyyətini nəzərə alaraq, qanunvericilikdə müvafiq dəyişikliyin edilməsi və qrant alma prosedurlarının sadələşdirilməsi yollarını tapmalıyıq.

Elə bir formula tapmalıyıq ki, burada həm milli maraqlar tam şəkildə qorunsun, həm də xarici təsirdən kənar, dövlətinə və millətinə bağlı olan QHT-lərin maliyyə və davamlılıq problemləri həll olunsun”.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!