“Karantin rejimi yenidən sərtləşə bilər”

2020-06-01 23:57:44 / 1685 dəfə oxunub
"Son günlərin statistikası narahatedicidir. Yoluxanların sayı artma dinamikası ilə davam edir”. 
Bunu "Sherg.az”a millət vəkili Cavid Osmanov deyib. Deputat bildirib ki, bu, çox təəssüfləndirici haldır: 
"Görünən odur ki, bəzi vətəndaşlarımız sosial məsuliyyətlərini dərk etmir, bu xəstəliyin varlığına inanmırlar. Xəstəliyin olmaması ilə bağlı fikirlər irəli sürürlər. Özləri bilmədən cəmiyyətdə koronavirusun sürətlə yayılmasına səbəb olurlar. Azərbaycan dünyanən bir parçasıdır. Ona görə də dünyada gedən proseslərdən kənarda qala bilmərik. Yoluxma sayı Azərbaycandan dəfələrlə çox olan ölkələr karantin rejimində yumşalmalara gedib. Bizdə də vəziyyət ona inteqrasiya edilir. Lakin yoluxanların sayı bu cür artma dinamikası ilə davam edərsə, Nazirlər Kabineti yanında Operativ Qərargah karantin rejimində sərtləşməyə doğru gedə bilər. Çünki ölkədə koronavirusa yoluxanların sayı 250-ni keçib. Bu rəqəmlər təbii ki, dövlətimizi çox narahat edir. Ola bilər ki, insanlarımızı qorumaq üçün karantin rejimində yenidən sərtləşmələr olsun”.
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!