Masallıda 17 ilanın öldürüldüyü ev nəzarətə götürüldü - İcra Hakimiyyəti

2020-06-02 11:36:11 / 1075 dəfə oxunub

Masallı rayonunun Rüdəkənar kəndində ilanların öldürüldüyü ev nəzarətə götürülüb.

Bu barədə Trend-ə açıqlamasında Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Adəm Məhərrəmov deyib.

O bildirib ki, evdə öldürülən ilanlar kənardan gəlməyib: "İlanlar adətən torpaqda yuva qurur. Bu ev də köhnə torpaq tikili olduğuna görə ilanlar divardan və yerdən çıxır. Həmin ev bir otaqdır. Ola bilsin ki, bir müddət evdə yaşayış olmadığından ilanlar orada yuva qurub".

A.Məmmədov bildirib ki, hadisə barədə məlumat daxil olan kimi ev nəzarətə götürülüb: "Hadisə yerinə rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları cəlb edilib, ev dezinfeksiya olunub, əraziyə lazımi dərmanlar səpilib. Hadisə barədə Fövqəladə Hallar Nazirliyinə də məlumat verilib. Artıq həmin ev təhlükəsizdir və ailə mənzildə yaşayır. Fövqəladə Hallar Nazirliyi evin vəziyyətinə baxıb qərar verməlidir".

Xatırladaq ki, Masallı rayonunun Rüdəkənar kənd sakini İlham Əkbərova məxsus evdə 17 ilan öldürülüb.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!