AzTV-nin operatoru karantinə alındı

2020-06-03 10:56:54 / 848 dəfə oxunub

Azərbaycan Dövlət Televiziyasının operatorunun koronavirusa yoluxması haqda məlumat yayılıb.

Məsələni dəqiqləşdirmək üçün AzTV ilə əlaqə saxladıq.

Qurumun sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mübariz Aslanov "Qafqazinfo"ya açıqlamasında bildirib ki, həmin operator karantinə alınıb:

"Bizim operatorlar hər çəkilişdən əvvəl analiz verirlər. Həkimlər bir operatorun analizindən şübhələniblər. Hələ ki, araşdırma aparılır. Operator karantinə alınıb və yoxlama aparılır. Nəticə ilə bağlı ictimaiyyətə məlumat veriləcək”.

Qeyd edək ki, daha əvvəl ATV-nin bir neçə işçisində koronavirus aşkarlanmışdı.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!