Azərbaycan və Ukrayna universitetlərinin elmi konfransında 150-dən çox məruzə dinlənilib

2020-06-03 12:11:10 / 4262 dəfə oxunub

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə Ukraynanın Yuri Kondratyuk adına Poltava Milli Texniki Universitetinin birgə onlayn keçirdiyi "Building innavations–2020 ” adlı 3-cü konfransı iki gün davam edib. İyunun 1-dən qarşılıqlı diskussiya şəraitində keçən konfrans işini yekunlaşdırıb.

AzMİU-dan  bildirilib ki, Azərbaycan, Ukrayna, Qazaxıstan, Polşa və Hindistandan 300 mütəxəssisin iştirak etdiyi konfransda 157 məruzə dinlənilib. Hər iki universitetin rektoru, professorlar Gülçöhrə Məmmədova və Vladimir Onişenko təbrik nitqi ilə çıxış edib, iştirakçılara və konfransın işinə uğurlar arzulayıblar.

Plenar iclasda AzMİU-nun Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının müdiri, professor Nurməmməd Məmmədov və Poltava Milli Texniki Universitetinin professoru Yuri Vinnikovun məruzələri dinlənilib.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!