"Tarix İnstitutu Qarabağ xanlığının ildönümünü heç yada salmayıb"

2020-06-05 14:20:39 / 984 dəfə oxunub

"Qarşıdan Şuşanın 270 illiyi gəlir. Ancaq bu məsələ barədə məlumat yoxdur. Təklif edirəm ki, Şuşanın ildönümünü qeyd edək".

 

Bu fikirləri parlamentin bu gün keçirilən növbədənkənar sessiyasının 3-cü iclasında çıxış edən deputat Aqil Abbas deyib.

 

O, çıxışı zamanı AMEA-nın Tarix İnstitutunu tənqid edərək qeyd edib ki, Tarix İnstitutu Qarabağ xanlığının ildönümünü heç yada salmayıb. Onun fikrincə, ən azından Şuşanın Bayat kəndinin tarixi ilə bağlı məlumatlar çatdırılmalıdır.

 

"Ancaq təəssüf edirəm ki, bizdə bunu da etmirlər",-deyə A.Abbas əlavə edib.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!