“Taxıl zəmisi susuzluqdan yandı”

2020-06-05 14:23:47 / 870 dəfə oxunub

Deputat Tahir Kərimli parlamentin bu gün keçirilən növbədənkənar sessiyasının üçüncü iclasında bir sıra məsələləri diqqətə çatdırıb.

 

Вeputat kənd insanlarının dağlardan içməli su gətizdirdiyini deyib:

 

"Bu il Ağsuda taxıl zəmisi də susuzluqdan yandı. Hesab edirəm ki, Ağsu çayı üzərində bənd tikməklə suyu bərpa etmək olar".

 

Deputat yol problemini də parlamentdə qaldırıb:

 

"Bu gün Ağsu rayonunun Padarlı, Ərəbuşağı və digər kəndlərində yol yoxdur. Gedib gəlmək mümkün deyil".

 

Tahir Kərimli məktəblərdə xarici dil müəllimlərinin, xəstəxanada həkimlərin olmadığını da bildirib. Parlamentari həmçinin qaz limitinin yüksək olmasını, işıq dirəklərinin sıradan çıxdığını, internetin, telefonun olmadığını parlamentdə səsləndirib.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!